...

İranda ağır qəza - 4 nəfər öldü

Hadisə Materials 24 İyun 2019 19:23 (UTC +04:00)
İranın qərbində yerləşən Kirmanşah vilayətinin Nəhavənd rayonu ərazisində ağır yol qəzası baş verib.
İranda ağır qəza - 4 nəfər öldü

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Nəhavənd rayonu ərazisində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib. M.Xalidinin sözlərinə görə, günorta saatlarında "Peugeot Pars" markalı avtomobil yük maşını ilə toqquşub.

Xalidi əlavə edib ki, qəza nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti