...

Corat sakinini Sumqayıtda avtomobil vurub öldürdü

Hadisə Materials 5 Sentyabr 2019 15:55 (UTC +04:00)
Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Corat sakinini Sumqayıtda avtomobil vurub öldürdü

Bakı. Trend:

Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 4-də saat 21 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində şəhər sakini A.Rəhimov idarə etdiyi “QAZ-2410” markalı avtomobillə yolu keçən Corat qəsəbə sakini Əziz Cahangirovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti