...

Binəqədidə qəza - Qaz təchizatı dayandı (FOTO)

Hadisə Materials 4 Oktyabr 2019 10:09 (UTC +04:00)
“Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.
Binəqədidə qəza - Qaz təchizatı dayandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.

Birlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Qeyd edək ki, xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti