...

Şirvandakı qəzadan sonra Bakıya gətirilən piyadanın kimliyi məlum olub

Hadisə Materials 15 Oktyabr 2019 13:30 (UTC +04:00)
Şirvandakı qəzadan sonra Bakıya gətirilən piyadanın kimliyi məlum olub
Şirvandakı qəzadan sonra Bakıya gətirilən piyadanın kimliyi məlum olub

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şirvandakı qəzadan sonra Bakıya gətirilən piyadanın kimliyi məlum olub.

Trend-in məlumatına görə, oktyabrın 11-də avtomobillə vurulan piyada Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

O, 1956-cı il təvəllüdlü Təhməzov Zahid Nəsir oğludur. Mərkəzdə ilkin yarımdan sonra sürücünün yaxınları xəstəni Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına köçürüblər. Hazırda Üst Çənə şöbəsində müalicə alan şəxsin tüfeyli həyat sürdüyü qeyd olunur.

Xatırladaq ki, vurulan gün komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan piyada reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra vəziyyəti ağır olduğundan hadisəni törədən şəxsin yaxınları xəstəni Bakıya aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti