...

Ağdaşda avtomobillə vurulan velosipedçinin meyiti kanaldan çıxarıldı

Hadisə Materials 21 Oktyabr 2019 12:24
Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ağdaşda avtomobillə vurulan velosipedçinin meyiti kanaldan çıxarıldı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də saat 17 radələrində Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Ağdaş şəhər sakini Əlibala Məmmədovu vurub və velosipedçi Yuxarı Şirvan kanalına yıxılıb.

Ə.Məmmədovun meyiti sudan çıxarılıb.

Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti