...

Ağstafada 6 top mərmisi aşkarlanıb (FOTO)

Hadisə Materials 7 Yanvar 2020 20:57 (UTC +04:00)
Aşkar olunmuş mərmilərin ətrafında 320 kv.m ərazi yerüstü, 160 kv.m ərazi isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ağstafada 6 top mərmisi aşkarlanıb (FOTO)

Bakı. Trend:

Ağstafada 6 top mərmisi və 1 ədəd tank əleyhinə idarə olunmayan raket aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 12:25-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonunun Köhnə Qışlaq və Tatlı kəndləri ərazisində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən Köhnə Qışlaq kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7L), Tatlı kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində isə 2 ədəd 130 mm-lik top mərmisi (BR-482) və 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 320 kv.m ərazi yerüstü, 160 kv.m ərazi isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti