...

Xızıda 2 top mərmisi tapılıb (FOTO)

Hadisə Materials 9 Yanvar 2020 02:09 (UTC +04:00)
Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində 2 ədəd top mərmisi aşkarlanıb
Xızıda 2 top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində 2 ədəd top mərmisi aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2020-ci il 08 Yanvar tarixində saat 17:15-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 17:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmisinin gilizi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Gilizlərin ətrafında 1 800 kv.m əraziyə yerüstü, 100 kv.m ərazi isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar-08 yanvar 2020-ci il tarixlərində 6 siqnal (əməliyyat çağırışı) əsasında 5 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Qazax, Tovuz, Xızı rayonları və Bakı şəhəri ərazisində 1 ev və həyətyanı sahəyə, təmas xəttinə, otlaq sahəsinə baxış keçirilib, 12 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib, 2 270 kv.m ərazi yerüstü və 266 kv.m ərazi yeraltı yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti