...

Ağdaşda uşaq bağçasında yanğın olub

Hadisə Materials 5 Fevral 2020 17:01 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdaşda uşaq bağçasında yanğın olub

Bakı. Trend:

Ağdaş rayonunda ümumi sahəsi 1680 kv.m olan uşaq bağçasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bağçanın yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində, şaxtada 1 ədəd elektrik lövhəsi və 1,5 p.m elektrik kabeli yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti