...

Qəbələdə yanğın olub, bir nəfər xəsarət alıb

Hadisə Materials 15 Fevral 2020 09:04 (UTC +04:00)
Yanğın zamanı 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib.
Qəbələdə yanğın olub, bir nəfər xəsarət alıb

Bakı. Trend:

Qəbələ rayonunda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Soltannuxa kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 22 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti