...

Pirşağıda darvaza 52 yaşlı kişinin üstünə aşıb öldürdü

Hadisə Materials 3 Mart 2020 09:35 (UTC +04:00)
Bakıda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Pirşağıda darvaza 52 yaşlı kişinin üstünə aşıb öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda kişi bədbəxt hadisə nəticəsində ölüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Kəlbəcər rayonundan olan məcburi köçkün 1968-ci il təvəllüdlü Həsənov İsmət Məhəmməd oğlu Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki yaşadığı nömrəsiz evin həyətində olarkən həyətin giriş darvazası onun üstünə aşıb. Nəticədə İ.Həsənov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti