...

Qubada ekskavator fəhləni vurub öldürdü

Hadisə Materials 23 Aprel 2020 18:35 (UTC +04:00)
Quba rayonunda tikintidə ölüm hadisəsi baş verib
Qubada ekskavator fəhləni vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Quba rayonunda tikintidə ölüm hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Belə ki, Quba rayon sakini Rəsulov Tələt Mərifət oğlu idarə etdiyi ekskavatorla xəndək qazarkən orada fəhlə işləyən 1988-ci il təvəllüdlü Eldar Hüseynovu vurub. Hadissə nəticəsində E.Hüseynov ölüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti