...

Bakı sakini küçədə qarət olundu

Hadisə Materials 13 May 2020 09:42 (UTC +04:00)
Bakıda vətəndaş qarət olunub.
Bakı sakini küçədə qarət olundu

Bakı. Samir Əli - Trend:

Bakıda vətəndaş qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, N.Qurban küçəsində baş verib. Naməlum şəxs paytaxt sakini O.Quliyevin içərisndə 260 manat, 2200 rubl, mobil telefon və digər əşyalar olan çantasını oğurlayaraq hadisə yerindən qaçıb.

Səbail Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat - axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü E.Dostəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti