Bakıda naməlum şəxs qadını qarət etdi

Bakı. Samir Əli - Trend:
Bakıda qadın qarət olunub.
Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Şəhər sakini, 1994-cü il təvəllüdlü A.D küçədə naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs qadının boynundakı dəyəri 1 800 manat olan brilliant boyunbağını qopararaq hadisə yerindən qaçıb.
Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Nazim Məmmədov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri