...

Kürdəmirdə süni göldə 1 nəfər batıb

Hadisə Materials 6 İyun 2020 18:18 (UTC +04:00)
Kürdəmirdə süni göldə 1 nəfər batıb

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kürdəmir rayonunun Sovla kəndində süni göldə 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun batması barədə məlumat daxil olub.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti