...

Gəncədə 52 yaşlı kişinin üzərinə beton düşüb öldürdü

Hadisə Materials 22 İyun 2020 09:52 (UTC +04:00)
İyunun 21-də saat 22 radələrində Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə məlumat daxil olub.
Gəncədə 52 yaşlı kişinin üzərinə beton düşüb öldürdü

Bakı. Samir Əli - Trend:

İyunun 21-də saat 22 radələrində Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış, aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti