...

Balakəndə müxtəlif təyinatlı bir neçə obyekt yanıb

Hadisə Materials 13 İyul 2020 20:48 (UTC +04:00)
Balakəndə müxtəlif təyinatlı bir neçə obyekt yanıb

Bakı. Trend:

Balakən rayonunun Meşəşambul kəndində ümumi sahəsi 550 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (avtomobil təmiri sexi, mağaza, kafe, bərbərxana və.s) yanar konstruksiyaları 360 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti