Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Əsgərbəyli kəndi ərazisindən keçən hissəsində bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.