...

Sabirabadda ağır yol qəzası: Ölən var

Hadisə Materials 22 İyul 2020 16:45 (UTC +04:00)
Sabirabadda ağır yol qəzası: Ölən var

Bakı. Trend:

Sabirabad rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 21-də saat 18 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində Yolçubəyli kənd sakini Teyyub Mikayılov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.

Qəza nəticəsində sürücü və iki sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Hadisə ilə bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti