...

Ağstafa və Salyanda "Ford" markalı avtomobil yanıb

Hadisə Materials 13 Avqust 2020 19:15 (UTC +04:00)

Bakı. Trend:

Ağstafa rayonunun Xətai kəndində "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyan rayonunda isə "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti