Bakı. Trend:
Sabirabad rayonu Qaralı kəndində Shagman markalı yük avtomobili qəza törədərək diametri 57 mm olan qaz xəttinin üzərinə aşıb.
Trend-in məlumatına görə, nəticədə qaz xəttinin 18 metrlik hissəsi və 1 ədəd sayğac yararsız vəziyyətə düşüb.
Müvəqqəti olaraq kənddə 171 abonentin qaz təchizatı dayandırılıb. Hal-hazırda təmir işləri görülür.