Bakı. Trend:
Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və “MAN” markalı yük avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Rüstəmov Qədir İsmayıl oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.