...

Bakıda bacısını öldürən şəxs polisə təslim olub

Hadisə Materials 21 Sentyabr 2020 09:40 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda bacısını öldürən şəxs polisə təslim olub.

Trend-in məlumatına görə, Xəzər rayonunun Türkan qəsəbəsində bacısı, 1991-cı il təvəllüdlü Aydan Babayevanı odlu silahla qətlə yetirən Məhəmməd Babayev hadisədən sonra polisə gedib və hadisəni törətdiyini etiraf edib. M.Babayev saxlanılıb.

Təqsirləndirilən şəxsin Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə ərazi nümayəndəsinin oğlu olduğu deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti