...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 9 Dekabr 2020 08:56 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda onmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 52 m² olan mənzilin yanar konstruksiyaları və ev əşyaları 17 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti