Bakı. Samir Əli - Trend:
Abşeron rayonu Xırdalan şəhərində xüsusi karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki prospektlərdən birində fəaliyyət göstərən obyekt müəyyən olunub.Ora baxış zamanı kafedə olan 7 müştəri və obyektin sahibi saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi inzibati protokol tərtib edilib və cərimələniblər.