...

Şəmkirdə avtomobil təmiri sexində yanğın olub, 1 nəfər xəsarət alıb

Hadisə Materials 4 Yanvar 2021 19:31 (UTC +04:00)
Şəmkirdə avtomobil təmiri sexində yanğın olub, 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Şəmkir rayonunda ümumi sahəsi 32 m² olan avtomobil təmiri sexinin lambirindən ibarət tavanı və içərisindəki avadanlıqlar, bitişik ümumi sahəsi 340 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı müxtəlif xəsarətlər alan 1 nəfər yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

Sexin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti