...

Sabirabadda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib

Hadisə Materials 9 Yanvar 2021 14:46 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib. Çayxananın icarədarı və orada olanlardan 11 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti