...

Şahdağ Milli Parkında ova cəhd edən şəxs cəzalandırılıb

Hadisə Materials 28 Yanvar 2021 14:19 (UTC +04:00)
Şahdağ Milli Parkında ova cəhd edən şəxs cəzalandırılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Şahdağ milli parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyi ərazisində ova cəhd edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin İsmayıllı rayon sakini Habil Abasov olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti