Bakı. Trend:
Saatlı rayonunda evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı 70 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.