...

Bakıda yük maşını yol təsərrüfatına ziyan vurub (FOTO)

Hadisə Materials 2 Aprel 2021 20:11 (UTC +04:00)
Bakıda yük maşını yol təsərrüfatına ziyan vurub (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün axşam saatlarında Böyükşor küçəsində Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara çıxıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, nəticədə yol təsərrüfatına ziyan dəyib.

Yol kənarında qoyulmuş müxtəlif ölçülü 37 səki daşı sıradan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti