...

Pakistanda 5 nəfər qasırğanın qurbanı olub, 6 nəfər yaralanıb

Hadisə Materials 13 İyun 2021 03:12 (UTC +04:00)
Pakistanda 5 nəfər qasırğanın qurbanı olub, 6 nəfər yaralanıb

Bakı. Trend:

Pakistanın şimal-qərbində yerləşən Heybər vilayətində yağış və qasırğa nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə vilayətin Təbii fəlakətlər idarəsi xəbər verib.

Bildirilir ki, leysan yağışlar və güclü külək səkkiz binanın dağılmasına səbəb olub.

Bu arada, vilayətin Çitral bölgəsində əsas magistral yollardan biri çayın aşması səbəbindən bağlanıb.

Pakistanın Meteorologiya departamenti bazar günü Heybər və qonşu Pəncab vilayətlərində güclü yağışlar proqnozlaşdırıb, çayların daşması və güclü külək barədə yerli sakinlərə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti