...

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Hadisə Materials 18 İyun 2021 04:08 (UTC +04:00)
ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Bakı. Trend:

ABŞ-da Arizona ştatının Feniks şəhəri yaxınlığında atışma zamanı doqquz nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə yerli polis xəbər verib.

Bildirilir ki, atışma qeyd olunan ərazinin bir neçə yerində aparılıb. Hadisələrin əlaqəli olub-olmadığı aydınlaşdırılır.

Polis atışmada şübhəli bilinən şəxsi saxlayıb. Yaralananlar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti