...

İranda jurnalistləri daşıyan avtobus aşıb: 2 nəfər ölüb, 21 nəfər yaralanıb (FOTO)

Hadisə Materials 23 İyun 2021 20:08 (UTC +04:00)
İranda jurnalistləri daşıyan avtobus aşıb: 2 nəfər ölüb, 21 nəfər yaralanıb (FOTO)

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətində Nəqədə magistal yolunda avtobusun aşması nəticəsində 2 jurnalist həlak olub, 21 jurnalist isə yaralanıb.

Trend xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.
Onun sözlərinə görə, yaralı jurnalistlərdən bəzisinin vəziyyəti ağırdır.

Xaledi əlavə edib ki, hadisə yerinə 10 təcili yardım maşını cəlb edilib və yaralılar xəstəxanalara nəql olunur.

Qeyd edək ki, jurnalistlər Urmiya gölünün vəziyyətini işıqlandırmaq üçün bölgəyə ezam olunublar.

Həlak olan jurnalistlər "İRNA" və "İSNA" xəbər agentliklərinin əməkdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti