...

Dağıstanın Xəzər dənizi sahillərində balıqların kütləvi ölümü baş verib

Hadisə Materials 2 İyul 2021 02:13 (UTC +04:00)
Dağıstanın Xəzər dənizi sahillərində balıqların kütləvi ölümü baş verib

Bakı. Trend:

Rusiya Federasiyasının Dağıstan Respublikasının Xəzər dənizi sahillərində balıqların kütləvi ölümü baş verib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Dağıstanın Regional İdarəetmə Mərkəzindən bildiriblər.

Məlumatda deyilir: "Tədqiq olunan sahildə çox sayda kiçik növ (sazan və dabanbalığı) ölü balıq tapıldı. Hadisənin qeydə alındığı ərazi 100 hektardan çox olduğu üçün balıqların dəqiq sayılması mümkün deyil".

Qeyd edilir ki, balıqların ölümündə texnogen faktorlar qeydə alınmayıb. Balıqlar təbii hadisə nəticəsində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti