...

Xəzərdə batan şəxsin cəsədi tapılıb

Hadisə Materials 8 İyul 2021 01:42 (UTC +04:00)
Xəzərdə batan şəxsin cəsədi tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1978-ci il təvəllüdlü Namazəliyev Məhərrəm Famil oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti