...

Bakıda birmərtəbəli ev yanıb

Hadisə Materials 23 İyul 2021 22:30 (UTC +04:00)
Bakıda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın plastikdən ibarət pəncərə çərçivəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti