...

Balakəndə evdə yanğın olub

Hadisə Materials 4 Sentyabr 2021 09:10 (UTC +04:00)
Balakəndə evdə yanğın olub

Bakı. Trend:

Balakən rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 7 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti