...

Ceyranbatanda qadını döyüb qarət edən şəxs saxlanıldı (FOTO/VİDEO)

Hadisə Materials 13 Oktyabr 2021 12:34 (UTC +04:00)
Ceyranbatanda qadını döyüb qarət edən şəxs saxlanıldı (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Abşeron rayonu Ceyranbatan qəsəbəsində qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, zərərçəkən şəxs Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək tanımadığı şəxsin ona yaxınlaşaraq əxlaqsız təklif etdiyini buna razı olmadıqda isə aralarında yaranan münahisə zamanı onu döyüb və hədə-qorxu gəldiyini bildirib. Hadisə zamanı həmin şəxs qadının üzərində olan 35 manatı, 1 ədəd boyunbağını və 1 ədəd üzüyü ələ keçirərək hadisə yerindən qaçıb. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş şikayət əsasında həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rahib Abuzərov saxlanılıb. O, izahatında etdiyi əməli etiraf edib və hadisə zamanı zərərçəkən qadından götürdüyü əşyaları polis əməkdaşlarına təhvil verib.

Faktla əlaqədar Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti