...

Bakıda 6 aylıq körpəsini boğub öldürən ataya 18 il cəza verildi

Hadisə Materials 2 Noyabr 2021 16:10 (UTC +04:00)
Bakıda 6 aylıq körpəsini boğub öldürən ataya 18 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda 6 aylıq körpəsini qətlə yetirməkdə törətməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Əliyev Vüsal Həsən oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Əliyev 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il mayın 30-da da baş verib. 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Müəyyən edilib ki, sərxoş vəziyyətdə olan V. Əliyev körpəni boğaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti