...

Rusiyada "MAZ" mikroavtobusla toqquşub, ölən və yaralılar var

Hadisə Materials 12 Noyabr 2021 05:24 (UTC +04:00)
Rusiyada "MAZ" mikroavtobusla toqquşub, ölən və yaralılar var

Bakı. Trend:

Rusiyanın Krasnoyarsk diyarında ağır yol-qənliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə DİN reginoal Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, gecə saatlarında yerli müəssisənin işçilərinin olduğu mikroavtobus eyni istiqamətdə hərəkətdə olan MAZ markalı yük maşını ilə toqquşub.

Mikroavtobusun 3 sərnişini hadisə yerində vəfat edib, sürücü və bir sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Əlavə olunur ki, ərazi hərəkət məhdudlaşdırılmayıb.

Qeyd edək ki, vəfat edənlərin təhlükəsizlik kəmərindən istifadə etmədikləri bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti