...

Kürdəmirdə evdə yanğın olub

Hadisə Materials 12 Dekabr 2021 08:53 (UTC +04:00)
Kürdəmirdə evdə yanğın olub

Bakı. Trend:

Kürdəmir rayonunda evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qaramahmudlu kəndində ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin çardağının və ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti