...

Dominikan Respublikasında təyyarə qəzası nəticəsində azı 9 nəfər həlak olub

Hadisə Materials 16 Dekabr 2021 04:53 (UTC +04:00)
Dominikan Respublikasında təyyarə qəzası nəticəsində azı 9 nəfər həlak olub

Bakı. Trend:

Dominikan Respublikasının paytaxtı Santo Dominqo yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 9 nəfər həlak olub.

Trend xəbər verir ki, ölənlər arasında iki azyaşlı da var. Ölənlərdən üçü Dominikanlı, altısı isə Amerikalıdır.

Bəzi məlumatlara görə, təyyarə Orlandoya (ABŞ) uçurdui. Havaya qalxdıqdan sonra təyyarədəki texniki nasazlıq səbəbindən o Las Amerika hava limanına enməyə cəhd edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti