...

Ağsuda “patı” çəkib avtomobil idarə edən şəxs həbs olunub

Hadisə Materials 21 Dekabr 2021 15:55 (UTC +04:00)
Ağsuda “patı” çəkib avtomobil idarə edən şəxs həbs olunub

Bakı. Fərid Zöhrabov - Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı psixotrop maddənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşları “QAZ-24” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi versələr də, o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.Görülmüş tədbirlərlə nəqliyyat vasitəsinin hərəkəti dayandırılıb. Yoxlama zamanı avtomobili sürücülük hüququ olmadan idarə edən Vüsal Quliyevin narkotik vasitənin təsiri altında olmasına dair şübhələr yaranıb. Bu səbəbdən həmin şəxs polis şöbəsinə gətirilib və müayinə zamanı onun psixotrop maddə olan metamfetamin (patı) qəbul etdiyi məlum olub.

V.Quliyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti