...

Misirdə əlverişsiz hava şəraiti səbəbindən 3 nəfər ölüb

Hadisə Materials 2 Yanvar 2022 02:24 (UTC +04:00)
Misirdə əlverişsiz hava şəraiti səbəbindən 3 nəfər ölüb

Bakı. Trend:

Misirin altı vilayətində əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblərdə dərslər ləğv edilib, hakimiyyət orada fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu barədə "Al Youm As Sabi" portalı xəbər verib.

Məlumata əsasən, atmosfer cəbhəsi ölkənin əksər ərazilərində güclü yağışa və güclü dumana səbəb olub

Hər yerdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Ölkənin Səhiyyə və Əhali Nazirliyindən verilən məlumata görə, əlverişsiz hava şəraiti nəticəsində baş verən hadisələr nəticəsində 3 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti