...

Kürdəmirdə gözətçi köşkü yanıb

Hadisə Materials 31 Yanvar 2022 08:47 (UTC +04:00)
Kürdəmirdə gözətçi köşkü yanıb

Bakı. Trend:

Kürdəmir rayonunun Qocalı kəndində ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət gözətçi köşkünün içərisində 2 ədəd çarpayı, yataq dəsti və bitişik ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı vaqon tipli köşk yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti