...

Göygöldə 82 yaşlı qadın yatdığı yerdə qarət edildi

Hadisə Materials 15 Fevral 2022 10:28 (UTC +04:00)
Göygöldə 82 yaşlı qadın yatdığı yerdə qarət edildi

Bakı. Samir Əli - Trend:

Göygöl rayonunda 82 yaşlı qadın qarət edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 14-də saat 6 radələrində Göygöl rayonunun Sərkarlı kəndindəki evlərdən birinə girmiş naməlum şəxsin yatmış vəziyyətdə olan 82 yaşlı ev sahibəsinin boynundakı qızıl boyunbağını götürüb qaçması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Novruzov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti