Bakı. Trend:
Kürdəmir rayonunun Çərtəyəz kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.