Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsin oğurluqda təqsirləndirilən Mahir Əlizadənin işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 il azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.
İttihama görə, hadisə 2021-ci il iyunun 19-da paytaxt ərazisində qeydə alınıb.
M.Əlizadənin ögey bacısı Lyudmila Əlizadəni Nərimanov rayonu, Təbriz küçəsi, 15-ci məhəllə, 115 nömrəli evin 4 saylı mənzilindən Rusiyanın Moskva şəhərinə getmək məqsədilə hava limanına yola salarkən kiçik əl çantasından L.Əlizadəyə məxsus 252 012 manat pulu oğurlayıb.
Daha sonra L.Əlizadə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.