...

Şəmkir rayonunda ev yanıb

Hadisə Materials 11 Mart 2022 01:31 (UTC +04:00)
Şəmkir rayonunda ev yanıb

Bakı. Trend:

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qapanlı kəndində ümumi sahəsi 169 m² olan birmərtəbəli evin mətbəxinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti