...

Xəzərdə gəmidə matros iş yoldaşını bıçaqladı - Məhkəmə

Hadisə Materials 16 Mart 2022 11:37 (UTC +04:00)
Xəzərdə gəmidə matros iş yoldaşını bıçaqladı - Məhkəmə
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində gəmidə iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Soltan Soltanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxs ifadə verib.

S Soltanov bildirib ki, hadisə zamanı sərxoş olub.

"Hadisə vaxtı sərxoş idim. Hadisədən sonra peşman oldum. Əslində mən onu vurmaq istəmirdim. Gəmidə mübahisəmiz yarandı. Mübahisədən sonra sakitləşdik, hərə öz otağına getdi. Bir neçə saatdan sonra o mənim otağıma gəlib mübahisəni davam etdirdi. Məni söydü, mən də bıçaqladım. Hadisə vaxtı yanımızda heç kim olmayıb",- deyə təqsirləndirilən şəxs bildirib.

Prosesdə ifadə verən zərərçəkmiş də hadisə vaxtı Soltan Soltanovun içkili olduğunu bildirib.

İş üzrə növbəti məhkəmə prosesi martın 30-na təyin edilib.

İttihama görə, hadisə ötən il Xəzər dənizində Rusiya bayrağı altında üzən Amur gəmisində baş verib. Gəmidə matros işləyən Soltan Soltanov aralarında yaranmış mübahisə nəticəsində həmin gəminin motorçusunu bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti