...

Dünən yol qəzalarında 5 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Hadisə Materials 21 Mart 2022 11:41 (UTC +04:00)
Dünən yol qəzalarında 5 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti